Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi yeni günə geriləyərək başlayıb.
Məzənnənin Türkiyə Respublikası Mərkəzi Bankının gözlənilməyən faiz artımından sonra başlayan geriləməsi davam edir.
Dollar/TL məzənnəsi Bakı vaxtı ilə 10:50-də 1,3% geriləyərək 7,5134 səviyyəsinə düşüb və bu, 20 sentyabrdan bəri müşahidə olunan ən aşağı səviyyədir.
Qeyd edək ki, Türk lirəsinin dollara qarşı bugünkü qazancı 1%-i üstələyib.
Bizi sosial şəbəkələrdən izləyin!!