Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi mutasiya xəbərlərinə baxmayaraq stabilliyini saxlayır.
Ötən həftəni geriləyərək 7,6232 səviyyəsində başa vuran məzənnə yeni iş həftəsinə qismən yüksəlişlə başlamışdı. Koronavirusun mutasiyaya uğramasına dair xəbərlərin risk iştahasını azaltmasına baxmayaraq, Türkiyə Respublikası Mərkəzi Bankına dair proqnozlar məzənnənin stabilliyini saxlayır.
Dollar/TL bu gün Bakı vaxtı ilə 11:10-da 0,2% yüksələrək 7,6713 səviyyəsində icra edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!