Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi yeni günə yüksələrək başlayıb. 

Dünən Mərkəzi Bank tərəfindən noyabr üzrə pul siyasəti iclasında proqnozlara paralel olaraq sərt faiz artımı qərarı verilməsindən sonra məzənnə kəskin geriləmişdi. Həftənin son iş gününə isə qismən yüksələrək başlayan Dollar/TL məzənnəsi Bakı vaxtı ilə saat 11:15-də 0,45% artımla 7,5806 səviyyəsində icra edilib.

Qeyd edək ki, Türkiyə Respublikası Mərkəzi Bankı bu gün həftəlik swap əməliyyatları üzrə TL faizini 13,25 faizdən 15 faizə yüksəldib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et