Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi yeni həftəyə yüksəlişlə başlayıb.
Ötən həftə Mərkəzi Bankın proqnozların tərsinə uçot dərəcəsini sabit saxlamasından sonra 7,97 səviyyəsini keçən Dollar/TL yeni həftənin ilk iş gününə də yüksəlişlə başlayıb.
Dünya birjasında dollar ABŞ-dakı prezident seçkilərindən əvvəl sərmayəçilərin təşviq paketlərinin tətbiq edilməsinə dair ümidlərinin özünü doğrultmaması və koronavirus xəstələrinin sayında müşahidə edilən artıma baxmayaraq, türk lirəsinə qarşı da dəyər qazanıb.
Dollar/TL səhər saatlarında 8 səviyyəsini keçərək bu vaxta qədərki ən yüksək səviyyəyə yüksələrək tarixi rekorda imza atıb. Məzənnə Bakı vaxtı ilə 10:40-da 8,0041 səviyyəsində icra edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!