Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi yeni günə Mərkəzi Bankın faiz qərarından əvvəl dalğalı başlayıb.
Dünən 7,7008 səviyyəsi ilə günü başa vuran kurs səhər saatlarında 7,7186 səviyyəsini keçməsindən sonra Bakı vaxtı ilə 10:45-də 7,7012 səviyyəsində icra edilib.
Qeyd edək ki, Türkiyə Respublikası Mərkəzi Bankı sentyabr ayı üzrə pul siyasəti iclasını bu gün həyata keçirəcək. Blomberg anketinə görə, bankın faizləri dəyişdirməyəcəyi proqnozlaşdırılır.
Mərkəzi Bankın faiz qərarından əvvəl 7,700 ətrafında dalğalanan məzənnə bankın 200 faiz bəndi artırmasından sonra kəskin geriləyərək 7,5572 səviyyəsinə çatıb.
Kurs Bakı vaxtı ilə 15:10-da 7,6050 səviyyəsində icra edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!