Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi stabilliyini saxlayır.
Uzun müddətdir ki, 6.85-6.86 səviyyələrində dalğalanan kurs çərşənbə günü bir aydan sonra ilk dəfə 6.83 səviyyəsinə geriləmiş, sonra yenidən 6.85 səviyyəsinə yüksəlmişdi.
Məzənnə yeni günə də 6.85 səviyyəsində başlayıb.
Xatırladaq ki, dolların qlobal miqyasda dəyər itkisi davam edərkən ABŞ valyutasının digər 6 güclü valyuta qarşısında dəyərini ölçən dollar indeksi (Dax) 95 bənddən geriləməklə son dövrlərin ən aşağı səviyyəsinə çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!