Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünən geriləyən Dollar/TL məzənnəsi yenidən yuxarı yönlü hərəkətdədir.

Banco.az xəbər verir ki, dünən qlobal birjaların əsas gündəm mövzusu ABŞ-da açıqlanan inflyasiya göstəriciləri idi. Belə ki, rəsmi məlumatlara görə, ölkədə istehlak qiymətləri oktyabr ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 7,7 faiz artıb ki, proqnozlar 7,9 faiz istiqamətində idi.

Bu gündəmin fonunda türk lirəsi də dollara qarşı dəyər qazanıb ki, məzənnə 18,58 səviyyəsindən 18,50-ə geriləyib. 

Yeni günə 18,51 səviyyəsində başlayan Dollar/TL məzənnəsi hazırda 18,55 səviyyəsində ticarət olunur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et