Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi stabilliyini saxlayır.

Məzənnə çərşənbə günü baş tutacaq FED iclası və cümə axşamı açıqlanacaq Türkiyə Respublikası Mərkəzi Bankının faiz qərarı fonunda yeni günə stabil başlayıb.

Hazırda Dollar/TL məzənnəsi 8.62 səviyyəsində icra edilir. 

Qeyd edək ki, bu həftə Türkiyə yerli birjalarının əsas diqqət mərkəzində 23 sentyabrda Türkiyə Respublikası Mərkəzi Bankının Pul Siyasəti Komitəsi tərəfindən açıqlanacaq faiz qərarı var. Mərkəzi Bankın sədri Şahap Kavcıoğlunun axırıncı çıxışı zamanı nüvə inflyasiyasına diqqət çəkməsi komitənin iclasına marağı daha da artırıb. Xarici birjalar isə Çinin daşınmaz əmlak nəhəngi "Evergrande" şirkətinin iflasın astanasında olması və cari borcları səbəbindən yaranan risk faktoruna yönəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram