Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi geriləməyə davam edir.
Dünən 8.56-8.58 səviyyələri aralığında icra edilən məzənnə yeni günə də təqribən eyni səviyyələrdə başlamışdı. Ancaq Türkiyə Respublikası Mərkəzi Bankı tərəfindən açıqlanan inflyasiya hesabatından əvvəl 8.50 səviyyəsinə geriləyən Dollar/TL hazırda da bu səviyyələrdə icra edilir.
Qeyd edək ki, məzənnə gün ərzində 8.4865 səviyyəsinədək geriləməklə 16 iyul tarixindən bəri ən aşağı göstəriciyə çatsa da, daha sonra 0,4% yüksələrək hazırda 8.5125 səviyyəsində icra edilməkdədir.