Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi yeni günə yüksələrək başlayıb.
Dolların qlobal birjalarda dəyər qazanması fonunda Türk Lirəsi bu həftə ərzində 2%-ə yaxın ucuzlaşmaqla ən çox dəyər itirən inkişaf etməkdə olan ölkə valyutası olub.
Hazırda Dollar/TL məzənnəsi 8.72 səviyyəsində icra edilir.
Qeyd edək ki, bu gün birjaların əsas diqqət mərkəzində ABŞ-da açıqlanacaq kənd təsərrüfatı istisna olmaqla məşğulluq göstəriciləri olacaq. Göstəricilərin proqnozları üstələməsi ölkədə iqtisadiyyatın canlandığı və maliyyə stimul paketlərinin yaxın günlərdə azaldılacağı deməkdir. Bu isə, öz növbəsində ABŞ-da istiqraz faizlərinin yüksəlməsi və dolların güclənməsi mənasını verir.
Bizi sosial şəbəkələrdən izləyin!!