Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi yeni günə 6.80-dən aşağı səviyyədə başlayıb.
Dünən 6.80 səviyyəsini keçən dollar bu səhərə 6.78 səviyyəsində başlayıb, diqqətlər FED iclasına yönəlib.
Dünən 6.80 səviyyəsini keçən, günü isə 6.7970 səviyyəsində başa vuran məzənnə yeni günə cüzi geriləmə ilə 6.78 səviyyəsində başlayıb.
Dollar indeksi geriləməkdədir. Əksər inkişaf etməkdə olan ölkə valyutası bu gün dollara qarşı dəyər qazanır.
Xatırladaq ki, Türkiyədə gün ərzində may ayı üzrə işsizlik göstəriciləri, Amerikada isə axşam saatlarında FED-in faiz qərarı açıqlanacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!