Dollar/TL məzənnəsi açıqlandı - Lirə 1 ay sonra bahalaşdı | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - Lirə 1 ay sonra bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi bir aydan sonra yenidən geriləyib.

Uzun müddətdir ki, 6.85-6.86 səviyyələrində dalğalanan kurs yeni günə 6.83 səviyyəsində başlayıb.

Xatırladaq ki, dollar bu gün qlobal miqyasda dəyər itkisi yaşayır.

Gün ərzində Türkiyədə valyuta birjasına təsir göstərəcək gündəm mövzusu yoxdur, sabah isə Mərkəzi Bank faiz qərarını açıqlayacaq.

Xaricdə isə koronavirusa yoluxanların sayındakı artıma baxmayaraq, hökumətlərin stimul paketləri və virus əleyhinə vaksinlə bağlı yeniliklər qlobal iqtisadi sferada müsbət tendensiyanın artmasına səbəb olur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et