Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi yeni iş həftəsinə yüksəlişlə başlayıb.
Əksər inkişaf etməkdə olan ölkə valyutalarının dollara qarşı yeni həftəyə geriləmə ilə başlamasına paralel olaraq Dollar/TL məzənnəsi də 8,40 səviyyəsinə çataraq bu vaxta qədərki ən yüksək göstəriciyə imza atıb.
Dollar ABŞ-da prezident seçkilərinin keçiriləcəyi həftəyə yüksəlişlə başlayıb.
Qeyd edək ki, dollar həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkə valyutalarının əksəriyyətinə qarşı dəyər qazanıb. Dollara qarşı ən çox dəyər itkisi yaşayan inkişaf etməkdə olan ölkə valyutaları isə Meksika pezosu, Hind rupisi və İndoneziya rupisi olub.
Bizi sosial şəbəkələrdən izləyin!!