Dolların ucuzlaşması və qızıla tələbin artması investorların diqqətindədir | Banco.az

Dolların ucuzlaşması və qızıla tələbin artması investorların diqqətindədir

Beynəlxalq maliyyə bazarlarında gələcək günlərdə dolların ucuzlaşması və qızıla olan tələbin artması investorların diqqət mərkəzində olacaqdır.

 

FX: Dollarda ucuzlaşma proqnozları

Son bir həftə ərzində Amerikanın maliyyə bazarında likvidvliyə tələbin artması, Amerika mərkəzi bankının gələcək aylarda daha çox faiz azaldılmasına və istiqraz alışı proqramının bərpasına gedə biləcəyi ehtimallarını da artırıb. 

Nəticədə dolların aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşma müşahidə edilir. Təhlillərə əsasən, dolların orta qiyməti cari həftənin minimum səviyyəsini qırarsa, avqust ayının minimum səviyyələrinə - 1%-ə kimi ucuzlaşa bilər. 

Ən sərfəli kredit üçün müraciət et

Qızıla olan tələbin artması, qiyməti 1529$-a kimi bahalaşdıra bilər.

Sözügedən tendensiya əlvan metallar bazarlarında qızıla olan tələbi də artırıb. Təhlillərə əsasən, qızılın bir unsiya üzrə qiyməti keçən həftənin maksimum səviyyəsini də qırarsa, 1529$-a kimi dəyər qazana bilər.

InvestAz

Ən sərfəli krediti almaq üçün müraciət et