Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Dünyada yeni iqtisadi böhran baş verərsə, dolların məzənnəsi yüksələ bilər”.
Banco.az-ın məlumatına görə, bu barədə məşhur rusiyalı iqtisadçı Mixail Xazin danışıb.
Onun sözlərinə görə, səbəblərindən asılı olmayaraq qlobal maliyyə kataklizmi böyüyərsə, insanların böyük əksəriyyəti dərhal dollar almağa tələsəcək.
Ekspert bildirib ki, tələbatın kəskin artması dolların dəyərini kəskin artıracaq.
“Bu, ABŞ valyutasının hələ də “təhlükəsiz sığınacaq” olması ilə əlaqədar olacaq. Bu da yaxın bir neçə ay ərzində dolların çox bahalaşmasına imkan verəcək.Yalnız yüksəlişdən sonra Amerika milli valyutasının məzənnəsi sabit və inamlı şəkildə enməyə başlaya bilər”.
Bizi sosial şəbəkələrdən izləyin!!