Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarından biri nağdsız şəkildə valyuta alışına limit qoyub. Söhbət "Pasha Bank"dan gedir.
Bank müştərilərinə internet banking sistemi ilə nağdsız valyuta alışına limit qoyduğunu yayımlayıb. Limit hər istifadəçiyə 50 min dollar və yaxud digər valyutalarda bu məbləğin ekvivalenti məbləğində tətbiq edilir.
Qeyd edək ki, "Paşa Bank" son aylarda valyuta satışını tam dayandırıb.
Mənbə: Fins.az