Dolların bahalaşması iddialarına səbəb bu imiş – Ekspert açıqladı | Banco.az

Dolların bahalaşması iddialarına səbəb bu imiş – Ekspert açıqladı

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

6 fevral 2024-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Banco.az-ın məlumatına görə,  hərracda tələb 79,7 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Fevralın 1-də keçirilən hərracda 78.7 milyon dollarlıq sifariş qeydə alınıb. Qeyd edək ki, yanvar ayının 25 və 23 tarixlərində keçirilən hərraclarda sifariş ayrı-ayrılıqda 50 milyon dollardan aşağı idi. Son günlər dollara artan tələb fonunda manata nəzərən dolların bahalaşması fikirlərinə  iqtisadçı Fuad İbrahimov münasibət bildirib. Ekspert Banco.az-a deyib ki, məzənnəni şərtləndirən kifayət qədər amillər var:

“İdxal-ixrac əməliyyatları arasındakı balansımıza təsir edəcək ciddi bir səbəb yoxdur. Ümumiyyətlə, manatın dollar qarşısında ucuzlaşması söhbəti yoxdur. Son vaxtlar əhali arasında bu məsələdən irəli gələrək yaranan narahatlıqlara səbəb isə ili köhnə olan dollarların banklar tərəfindən qəbul edilməməsi ilə bağlıdır. Bu problem banklar tərəfindən qaynaqlanmayıb. Problem vətəndaşlar tərəfindən yaranıb. Bizdə cəmiyyətdə dolların təzəliyinə baxırıq. Əhali arasında dolların şax olmaq məsələsi həmişə maraqlı olub. Bu bir dövlətin dönərli valyutasıdır. Onun şax olub-olmaması heç bir əhəmiyyətə malik deyil.  Banklar vətəndaşlara bu pulu verəndə vətəndaşlar götürmürlər. Bu sahədə təcrübəli insanlar da bilirlər ki, dolların köhnə və təzə olmasının heç bir əhəmiyyəti yoxdur”.

Ən sərfəli kredit üçün müraciət et

Xaricdə  ticarət edənlər üçün dolların nə ili, nə əzik və ya şax olmasının önəmli olmadığını deyən iqtisadçı bildirib ki,  biznes üçün pul kütləsi lazımlı olduğundan onun xarici görkəmi ciddi zərər görməyibsə istifadəyə yararlı sayılır.

“Bizim vətəndaşların əksəriyyəti köhnə dolları götürmədikləri üçün bəzi banklar da ili köhnə olan dolları götürməmək barədə qərar qəbul edirlər. Çünki nəticədə köhnə dollarlar onların anbarlarında yığılıb qalır. Bunu da xaricə göndərib dəyişmək, bahalı bir prosesdir. Qanunla bankların vətəndaşlar qarşısında dollarla bağlı heç bir öhdəlikləri yoxdur. Mərkəzi Bank yalnız milli valyuta olan manata cavabdehdir. Dağılmış, ziyan görmüş, cırılmış, köhnəlmiş manatı rahatlıqla bankda dəyişə bilərlər. Əgər manatın 60 faiz yararlılıq səviyyəsi  qalıbsa onu dəyişmək problemi olmur. Banklar buraxılış ili köhnə olan dollarları götürmədikləri üçün də vətəndaşlar da düşünürlər ki, bahalaşma ilə bağlı əsas var. Amma qeyd etdiyim kimi, bu iddialara heç bir səbəb yoxdur”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et