"Dolların 5.70 lirəyə qədər düşməsini gözləyirəm" | Banco.az

"Dolların 5.70 lirəyə qədər düşməsini gözləyirəm"

"Keşiş Bransonun məhkəməsi onun azad edilməsilə nəticələnərsə, Türkiyədə Dolların 5.70 Türk Lirəsi səviyyələrinə qədər düşməsini gözləyirəm".

Bunu "Noorcm" investisiya və maliyyə xidmətlər şirkətinin Daxili bazarlarda satış müdiri Mert Yılmaz bildirib. 

Qeyd edək ki, ABŞ, keşiş Endryu Bransonu azadlığa buraxılacağını açıqlayıb. Bransonun məhkəməsi Oktyabrın 12-də keçiriləcəkdir. 

Ən sərfəli kredit üçün müraciət et

Bransonun həbs edilməsi və bu həbsə görə ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsi Dolların bahalaşmasına səbəb olmuşdu.

Artıq Dollar/TL məzənnəsi 6 səviyyəsindən aşağı düşmüş və bu gün Bakı vaxtı ilə saat 10:30-da 5.98  səviyyələrində olmuşdur.

Marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et