Dolların 15 faizə qədər ucuzlaşması gözlənilir | Banco.az

Dolların 15 faizə qədər ucuzlaşması gözlənilir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dolların kursunda 10-15 faiz dəyər itkisi proqnozlaşdırılır.

Banco.az xəbər verir ki, “Eurizon SLJ Capital” şirkətinin strateqləri Stiven Cen və Coana Frayre dərc etdikləri bir qeyddə dolların növbəti 4-6 rübdə enişini davam etdirərək 10-15 faiz ucuzlaşa biləcəyini proqnozlaşdırıblar.

Baş ofisi Londonda yerləşən Aktivlərin İdarə Olunması Şirkəti “Eurizon SLJ Capital”ın mütəxəssisləri ABŞ Federal Ehtiyat Sisteminin (FED) şahin mövqeli rəsmilərinin pik həddə çox yaxın olduğunu və bankın növbəti addımının uçot dərəcəsinin aşağı salınması olacağını bildiriblər.

“Fed-in pul siyasətini sərləşdirdiyi bir mühitdə ABŞ və dünyada inflyasiya riskləri aşağı istiqamətdədir. Dünyanın böyük regionlarında onsuz da təzyiq altında olan iqtisadi fəaliyyət, çox güman ki, qlobal tələbin iflasa uğramasının qarşısını alacaq. Bu ssenari də dolların əhəmiyyətli dərəcədə zəifləməsinə işarə edir.”

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Stiven Cen bu ssenarini ABŞ-da inflyasiyanın 2021-ci ildə artdığı sürətlə azalacağı ilə bağlı proqnozu ilə əsaslandırır.

Xatırladaq ki, qlobal bazarlarda dollar hazırda ucuzlaşma tendensiyasındadır. Bloomberg Dollar İndeksi ötən sentyabr ayındakı pik həddindən bəri 10 faiz geriləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et