Dünyanın ən sürətlə böyüyən iqtisadiyyatı Çinin pul vahidi Yuan, beynəlxalq ehtiyat vahidi olaraq dolların önünə keçəcək.
Economist Intelligence Unit və State Street tərəfindən dünya miqyasında həyata keçirilən anketə qatılan 200 investorun 53%-i bu fikri müdafiə edir. Anketdə iştirak edən 200 investorun 100-ü Çindəndir. Çinli investorların 62%-si Yuanın beynəlxalq ehtiyat vahidi olaraq dolları geridə buraxacağını düşünür.
Anketdə başqa ölkələrdən iştirak edən investorlar arasında Yuanın qlobal mənada daha böyük əhəmiyyət qazanacağına inananların nisbəti isə 43%-dir.
Günel Abduraxmanova / Banco.az