Dolları ən ucuz satan banklar – SİYAHI | Banco.az

Dolları ən ucuz satan banklar – SİYAHI

Bu gün Azərbaycanın bəzi banklarında dollar və avronun satış qiymətinin aşağı düşdüyü müşahidə olunur.

Səhər saatlarında 1 dollar 1,92 manatdan, 1 avro 2,08 manatdan yüksək satılır.

Araşdırmaya əsasən, dolları keçən həftənin cümə günü 1,93 manata satan “Accessbank” bu gün 1 dolları 1,9240 manata satır.

Ən sərfəli kredit üçün müraciət et

Fevralın 3-ü “AtaBank” 1 dolları 1,945 manata satırdı. Bu gün isə bankda dolların məzənnəsi 1,93 manata təyin olunub. “CDB Bank” bu gün 1 dolları 1,94 manata satır. Cümə günü bu məbləğ 1,955 manata bərabər idi.

Ötən həftənin cümə günü dolları 1,96 manata satan “Nikoil” bu gün 1,94 manata, “Turanbank” isə 1,925 manata (cümə 1,94 manat) satır.

Mənbə: Fins.az