“Dollara yaxın gələcəkdə tələb bu səbəbdən artacaq” – Ekspert | Banco.az

“Dollara yaxın gələcəkdə tələb bu səbəbdən artacaq” – Ekspert

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Dünyada yeni iqtisadi böhran başlayacağı təqdirdə bu, dərhal dolların məzənnəsinin kəskin artmasına səbəb olacaq.

Banco.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Mixail Xazin xəbərdarlıq edib.

Ekspertin fikrincə istənilən fəlakət hazırda mövcud olan ən likvid və çox yönlü aktivə tələbin sürətlə artmasına gətirib çıxarır.

Ən sərfəli kredit üçün müraciət et

“Bu gün tələb Amerika dollarınadır. Növbəti bir neçə il ərzində böhran başlayarsa, bu, dolların bahalaşması üçün stimul rolunu oynayacaq.

Hesab edirəm ki, dünyanın hər yerindən olan investorlar pullarını ən rahat, təhlükəsiz sığınacaq kimi düşündükləri aktivdə saxlamaq üçün kütləvi şəkildə tələsəcəklər. Məhz buna görə də, bütün ölkələrdə dolların məzənnəsi kəskin yüksəlməyə başlayacaq.

Dollar milli valyutalarla nisbətdə daha çox yeni rekordlar müəyyən ediləcək”,- deyə ekspert qeyd edib.

Ən sərfəli krediti almaq üçün müraciət et