Dollar ucuzlaşdıqca qızıl bahalaşır | Banco.az

Dollar ucuzlaşdıqca qızıl bahalaşır

Qızıl qiymətləri bazar ertəsi səhər dolların zəifləməsi fonunda yüksəlir.

Banco.az xəbər verir ki, birja  məlumatlarına  görə, Nyu-York Comex birjasında iyun ayı qızıl fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 25,92 dollar və ya 0,8% artaraq 1 troy unsiyası üçün 3269,22 dollar olub. İyul gümüş fyuçersləri 0,71% artaraq 1 unsiya üçün 32,487 dollar olub.

Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi)  0,41% azalaraq 99,62 bənd təşkil edib. Dolların zəifləməsi digər xarici valyuta sahiblərinin qızıla tələbini artırır. ABŞ Federal Ehtiyat Sisteminin may iclası bu həftəyə planlaşdırılıb. CME Group-un məlumatına görə, analitiklərin əksəriyyəti (94,8%) tənzimləyicinin əsas dərəcəsini illik 4,25-4,5% səviyyəsində saxlayacağını, sorğuda iştirak edənlərin qalan hissəsinin isə 4-4,25%-ə endirilməsini gözləyir. Uçot dərəcəsinin ölçüsü ilə bağlı qərarlar dolların məzənnəsinə təsir göstərə bilər.