ABŞ Federal Ehtiyat Sisteminin (FES) dünən, oktyabrın 12-də keçirilən iclasında sentyabr ayının 20-21-də baş tutan son iclasın yekun açıqlamaları səsləndirilib. Banco.az "Haberler" saytına istinadən xəbər verir ki, yekun açıqlamalarda bir neçə səsvermə hüququ olan FES üzvünün ABŞ iqtisadiyyatının güclənməyə davam etməsi halında mümkün qədər tez bir zamanda uçot dərəcəsinin artırılmasına zəmanət verəcəkləri bildirilib. Bu açıqlamadan sonra ABŞ dolları qlobal valyuta bazarında möhkəmlənməyə başlayıb və əsas valyuta cütlüyü olan USD/EUR məzənnəsi 1,1001 səviyyəsinə enib.
Yekun açıqlamada, həmçinin sentyabr iclasında iştirak edən 10 səsvermə hüququ olan və 7 digər FES üzvü, uçot dərəcəsinin artırılması üçün əmək bazarının və inflyasiya göstəricisinin daha bir müddət izlənəcəyi bildirilib. Bununla yanaşı, iqtisadiyyatın qısamüddətli risklərinin tarazlıq vəziyyətində olduğu qeyd edilib.