"Dollar kreditlərini manata çevirmiş şəxslər də fərmandan faydalanacaqlar" | Banco.az

"Dollar kreditlərini manata çevirmiş şəxslər də fərmandan faydalanacaqlar"

Azərbaycanda devalvasiyadan əvvəl dollarla kredit götürmüş şəxslərin nəzərəçarpacaq hissəsi sonradan həmin krediti manata çevirib.

Bunu maliyyə naziri Samir Şərifov AzTV-yə müsahibəsində deyib.

"Həmin şəxslər sonradan banklardan manatla kredit alsalar belə, onlar prezidentin problemli kreditlərin həll edilməsi ilə bağlı fərmanından faydalanacaqlar", - deyə o, qeyd edib.

Nazirin sözlərinə görə, Azərbaycanda problemli kreditlərlə bağlı vəziyyətin kəskinləşməsi devalvasiya ilə bağlı olub və hazırda dövlət bu səbəbi aradan qaldırır:

"İndi sadəcə borcu əvvəlki qaydada ödəmək qalıb. Dövlət borc yükünü təxminən 50% azaldır, yəni tamamilə bağışlamır. Çünki, buna gedilsə, borc intizamı pozular, bankların problemləri kəskinləşər".

Ən sərfəli kredit üçün müraciət et

 

Samir Şərifov deyib ki, borcalanların əvəzinə krediti ödəmiş zaminlərin məsələsinə də baxıla bilər"

"Ola bilsin ki, hansısa borcalan müəyyən səbəblərə görə kredit öhdəliyini yerinə yetirmək iqtidarında olmayıb. Bu zaman pul ona zamin durmuş şəxsdən tutulub. Yəni, zaminin orda əmanəti və yaxud maaş kartı olub, borc avtomatik ondan çıxılıb. Fərmanda yazılıb ki, kompensasiya borcalana ödənilir. Lakin pulu banka onun əvəzinə zamin ödəyibsə, bu zaman borcalana qarşı tələb yaranır. Hesab edirəm ki, borclanlarla zaminlərin münasibətlərinə yenidən baxmaq ehtiyacı yaranır və fərdi qaydada zaminlər məsələsinə baxıla bilər, bu məsələ ilə məşğul ola bilərik", - deyə nazir qeyd edib.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et