Dollar kimləri təmsil edir? | Banco.az

Dollar kimləri təmsil edir?

Biz adətən pulların üstündəki rəsmlərə, qrafiklərə çox zaman fikir vermirik. Gəlin, dollardan başlayaq. Görək dollarların müxtəlif əskinaslarının üstündə kimlərin fotoları var...

1 dollar — Corc Vaşinqton

Corc Vaşinqton ABŞın ilk prezidenti və ən məşhur milli qəhrəmanlardan biri olmuşdu. O, Britaniyaya qarşı müharibə zamanı ordunun komandanı idi. Bir müddət işlədikdən sonra, öz evinə qayıdaraq kənd təsərrüfatı ilə məşğul olmağa başlayıb.

2 dollar — Tomas Ceferson

Tomas Ceferson Amerika tarixində müstəqillik bəyəmnaməsinin yaradıcılarından biri kimi tanınır. Bəyanamə İkinci kontinental konqresin 4 iyul 1776-cı il iclasında qəbul  edilmişdi. XIX əsrin əvvəllərində Ceferson iki dəfə seçkilərdə qalib gələrək ABŞ-ın üçüncü prezidenti olub. Ceferson öldükdən sonra xeyli borc saxlasa da, onun borcu hərrac vasitəsilə satışa çıxarıldı.

5 dollar — Abraham Linkol

Amerika tarixinin ən parlaq prezidentlərindən biri də 16-cı prezident Abraam Linkoln olmuşdur. Onu ən çox məhşurlaşdıran isə vətəndaş müharibəsi zamanı quldarlığı ləğv edən azadlıq bəyəmnaməsi idi.

10 dollar — Aleksandr Hamilton

Aleksandr Hamilton ABŞ-ın prezidenti olmayıb və heç olmaq da istəməyib. Buna baxmayaraq, 32 yaşında o, ölkənin ilk maliyyə naziri olmuşdu. Hamilton mərkəzi bankın yaradılması və pul sisteminin qurulmasında böyük pay sahibi idi.

Ən sərfəli kredit üçün müraciət et

20 dollar — Endryu Cekson

Endryu Cekson demokratların içindən seçilən ilk prezidentdi. O,1828-ci ildə, yalnız ikinci cəhddən sonra prezident seçilir və bununla da ABŞ tarixinə 7-ci prezident kimi düşür. Onun idarəetmə dövründə ikipartiyalı sistem formalaşıb.

50 dollar — Uliss Qrant

Amerikanlılar üçün Qrant ilk növbədə dahi hərbiçidi. Məhz o, Linkolnun xahişi ilə şimallıların ordusuna başçılıq etmiş və uzunsürən vətəndaş müharibəsinə son qoymuşdu. Onun şöhrətindən istifadə edərək respublikaçılar partiyası Qrantı prezident seçkilərinə namizəd kimi göstərirlər. O, iki dəfə prezident seçilərək ABŞ tarixinin 18-ci prezidenti olur.

100 dollar — Benjamin Franklin

Benjamin Franklin- Amerikan arzusunun bariz nümunəsi idi. O, həyatda hər şeyi özü qazanıb. Əvvəlcə nəşriyyatda işləyən Franklin sonradan da özü varlanıb. Elm və siyasətlə maraqlanan Franklin ABŞ-ın maraqlarını Avropada təmsil edən şəxs idi. Okenanın hər iki tərəfində böyük nüfuz sahibi idi. Franklin ABŞ tarixinin üç təməl müqaviləsini imzalayan yeganə şəxsdi - Müstəqillik bəyəmnaməsi, konsitutsiya, Versal sülhü.

atvxeber.az

Ən sərfəli krediti almaq üçün müraciət et