Dollar bahalaşıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Dollar bahalaşıb

Bu gün noyabrın 17-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 18-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 17-si ilə müqayisədə 0,0001 manat və ya 0,01% artaraq 1,0510 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0019 manat və ya 0,17% azalaraq 1,1183 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,25% artaraq 0,0162 manat səviyyəsində qərarlaşıb.