Dollar 2023-də pandemiyadan sonrakı ən pis ilini keçirib | Banco.az

Dollar 2023-də pandemiyadan sonrakı ən pis ilini keçirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

FED-in faizləri aşağı salmağa başlayacağı proqnozları ilə gücünü itirən dollar 2020-ci ildən bəri ən pis ilini keçirib.

Banco.az xəbər verir ki, Fed-in ilin sonuna doğru sərtləşdirmə dövriyyəsini nə vaxt bitirəcəyi ilə bağlı gözləntilərlə volatil dinamika göstərən Blumberq Dollar İndeksi yanvar ayından bu yana təxminən 3 dəyər itirib.

Bu, dolların 2020-ci ildən bəri ən kəskin illik enişini göstərir.

Qeyd edək ki, indeksdəki dəyər itkisinin böyük hissəsi FED-in gələn il pul siyasətini yumşaldacağına dair artan gözləntilər səbəbindən dördüncü rübdə baş verib.

Digər mərkəzi bankların faiz dərəcələrini daha uzun müddət yüksək saxlama ehtimalı da dolların cəlbediciliyinə xələl gətirən amildir.

Hazırda Swap investorları FED-in 2024-cü ildə, birincisi mart ayında olmaqla, faiz dərəcələrini ən azı 150 baza bəndi azaldacağı ilə bağlı qiymətləndirmələr edirlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram