Doğru şəxslərə lazımi əmlakın miras qoyulması | Banco.az

Doğru şəxslərə lazımi əmlakın miras qoyulması

Dünyadan köçdüyünüz zaman sevdiklərinizə nəyi miras qoyacağınız çox vacibdir, lakin bunu necə edəcəyinizi də bilməlisiniz.  Müxtəlif şəxslərə doğru əmlakları miras qoymağı müəyyənləşdirmək effektiv əmlak planlamasının həlledici hissəsidir.

Həyat sığortası

Həyat sığortasından gələn gəlirlər, mirasdan faydalanacaq şəxslərə nisbətən tez ödənilir. Ölüm hadisəsi təsdiqləndikdən bir neçə gün və ya həftə sonra məbləğ həmin şəxslərə ödənilir. Siz dünyanızı dəyişdikdən sonra kimin dərhal bu məbləğə ehtiyacı ola biləcəyini müəyyənləşdirin. Nadir hallarda bu şəxs azyaşlı uşaq ola bilər. Əgər siz bunun üçün azyaşlı bir uşağı müəyyən etmisinizsə və ona qəyyum təyin etməməsinizsə, bu zaman dövlət məsuliyyəti öz üzərinə götürür və həmin məbləği sizin azyaşlı uşağınızın adından idarə edəcək hər hansı bir şəxs təyin edir.

Vəsiyyətnamə yolu ilə bölüşdürülən əmlak

Dünyanızı dəyişdiyinizdə sizin vəsiyyətnaməniz qanuni şəkildə təsdiq olunmalıdır ki, bu proses də aylar bəzən isə illər çəkə bilər. Təsdiqlənmə prosesi yekunlaşmadan heç bir əmlak bölüşdürülə bilməz. Əgər siz vəsiyyətnamədən əmlak planlama vasitəsi kimi istifadə etmisinizsə, hər hansı bir əmlak üçün nəzərdə tutduğunuz şəxs və ya bu vəsiyyətnamədə göstərilən əmlak formalarının gözləyə biləcəyindən əmin olmalısınız.

Ən sərfəli kredit üçün müraciət et

Təqaüd planları 

Təqaüd planlarından faydalanacaq doğru şəxslərin seçilməsi vergi xərclərinin nəzərə alınması baxımından vacibdir. Varis gənc olduqda daha uzun müddət yaşaması gözlənildiyindən bu plandan yararlanmaq üçün daha uzun müddət gözləyə bilər, bu zaman ərzində də hesabdakı məbləğ artmağa davam edəcək. Qısası, əlli yaşlarında olan şəxs iyirmi yaşlarından olan şəxsdən daha az yaşama ehtimalına malikdir deyə, nəzərdə tutulmuş məbləği dərhal götürməsi məqsədə uyğun hesab olunur.

Doğru şəxslərə doğru əmlakı miras qoyduğunuzdan əmin olduqdan sonra planlarınızın bütün maliyyə və hüquqi əsaslara cavab verib verməməsini müəyyənləşdirin.

Tamara Mustafayeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et