Rusiya Prezidenti Vladimir Putin OPEC+ ölkələrinin yeni və daha sabit strukturunun yaradılması təşəbbüsü ətrafında müzakirələr aparıb.
Rusiya KİV-ləri xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində bildirib.
Peskov deyib ki, Rusiyanın dövlət başçısı bu məsələni “G20” ölkələrinin sammiti çərçivəsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla da müzakirə edib. “Bu məsələ digər beynəlxalq tərəfdaşlarla aparılan müzakirələrdə də bəyənilib. Prezident Putin neftin qiymətləri üzrə dünya bazarında vəziyyətin sabitləşməsi üçün bu addımın səmərəli olacağını qeyd edib”, -deyə mətbuat katibi əlavə edib.
Bu yaxınlarda OPEC+ ölkələri məsləhətləşmələri davam etdirmək və nəticə əldə etmək məqsədilə “Alyans” adlanacaq yeni strukturun yaradılmasını müzakirə edəcəklər.
marja