Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti 2019-cu ildə hər səhm üzrə ödəyəcəyi dividendin məbləğinin minimum 0,06 dollar olacağını proqnozlaşdırır.
Bu barədə şirkət məlumat yayıb.
2018-ci ildə hər səhm üzrə dividendin məbləği 0,03 dollar təşkil edib.
Məlumata görə, 2018-ci il üzrə dividendlərin ödənişi iyunun 20-də şirkətin ümumi yığıncağında təsdiq olunduqdan sonra iyul ayında həyata keçiriləcək.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.
“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.
Report.az