“Disney” üçüncü maliyyə rübündə gəlirini 4% artırıb | Banco.az

“Disney” üçüncü maliyyə rübündə gəlirini 4% artırıb

Müəllif:Ayşən İmanova/Banco.az

Dünyanın ən böyük əyləncə və media şirkəti olan "Walt Disney" üçüncü maliyyə rübündə gəlirini və mənfəətini artırıb.

Banco.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

Məlumata görə, şirkətin iyunun 29-da başa çatan rüb üçün xalis gəliri 2,6 milyard dollar və ya hər bir səhm üçün 1,43 dollar olub.

“Disney”in rüblük gəliri 4% artaraq 23,16 milyard dollara çatıb.

Şirkətin media və əyləncə aktivlərini birləşdirən “Disney”in ən böyük bölməsi son rübdə gəlirini 4% artıraraq 10,58 milyard dollara çatdırıb.

Cari maliyyə ilində şirkət səhm üzrə düzəliş edilmiş mənfəəti 30% artırmağı planlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Disney” səhmləri çərşənbə günü bazar əvvəli ticarətdə 0,5% bahalaşıb. Bu ilin əvvəlindən onların qiyməti demək olar ki, dəyişməz qalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et