Disney tematik sərnişin gəmisi inşa edir | Banco.az

Disney tematik sərnişin gəmisi inşa edir

Tamara Mustafayeva, Banco.az

"​Kosmik otel" yaxın gələcək üçün reallaşdırılması mümkün ideya kimi görünməsə də, Disney şirkəti gəmi səfərlərini bir addım irəliyə daşımağa qərar verib. Belə ki, şirkət bir neçə gün əvvəl "Disney Wish" adlı ən müasir tematik sərnişin gəmisini 30 dəqiqəlik virtual tədbir vasitəsilə təqdim edib.

Şirkətdən açıqlanan məlumata görə, növünün yeganə nümunəsi olan gəmidə əsrarəngiz təcrübələr qazandıracaq tematik Disney nahar otaqları, iki kinoteatr salonu və kiçik Disney tematik parkı yer alacaq.

Qeyd edək ki, "Disney Wish" Disney şirkətinin sahib olduğu beşinci gəmidir və 2022-ci ildə ilk dəfə olaraq Florida ştatının Şərq sahilindəki Canaveral limanına yanaşacaq. Sərnişin gəmisinin ilk səfəri də həmin ilin iyun ayı üzrə nəzərdə tutulub. Yerlərin bronlaşdırılması isə bu ilin 27 may tarixindən etibarən başlayacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et