DİN: Bank kartı sahibləri diqqətli olmalıdır, onlayn təhlükə var | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

DİN: Bank kartı sahibləri diqqətli olmalıdır, onlayn təhlükə var

Mayın 13-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 10000, 1400, 1190, 307, 248, 220, 198, 166, 149, 100, 100, 70, 64, 53 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bu barədə DİN-dən bildirilib.

“Bank kartı sahibləri diqqətli olmalıdır, çünki onlayn təhlükə var. Telefonla bank kartlarına yönələn istəklər dələduzluqdur. Onlayn cinayət davam edən və artan kiber təhlükədir. Şübhəli xarici “WhatsApp” zəngləri və mesajları vasitəsilə cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflər, satış üzrə beh ödənişləri dələduzluqdur. Bu zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalı, təkliflərdən imtina edilməlidir. Bank kartı sahibləri diqqətli olmalıdır, çünki onlayn təhlükə var”.

apa