DGK-nın xətti ilə büdcə daxilolmaları 35% artıb | Banco.az

DGK-nın xətti ilə büdcə daxilolmaları 35% artıb

Bu ilin sentyabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 329 410,6 mln. manat təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 85 740,4 min manat yaxud 35,2% çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 21 266,5 min manat və yaxud 37,9% artaraq 77 431,1 min manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 54 387,6 min manat və yaxud 30,85% artaraq 230 674,7 min manat, aksizlər üzrə daxilolmalar 10 363 min manat və yaxud 2,3 dəfə artaraq 18 201,9 min manat olub. Yol vergisi üzrə daxilolmalar isə 276,7 min manat və axud 8,2%azalaraq 3 102,9 min manat olub. 

Ən sərfəli kredit üçün müraciət et

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et