Dəyanət Quliyevi daha yaxından tanıyaq | Banco.az

Dəyanət Quliyevi daha yaxından tanıyaq

Dəyanət Quliyev 14 mart 2016-cı il tarixindən “AtaBank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.  Cənab Quliyev maliyyə sahəsində aparıcı kadrlardan biri olmaqla, peşəkar təcrübəsinin əsas hissəsini AtaBank-da müxtəlif vəzifələrdə çalışdığı vaxtda qazanıb.

Dəyanət Quliyev Namiq oğlu 1983-cü ildə Bakı şəhərində anadan olub. Evlidir, iki övladı var. Maliyyə, o cümlədən Bank sahəsi üzrə bir çox yerli və ya beynəlxalq seminarlarda, treyninq-kurslarda, simpoziumlarda və digər tədbirlərdə iştirak edib.

Təhsil

Azərbaycan Dövlət İqtisad Universitetinin “Ümumi iqtisadiyyat” fakültəsini və Bakı Dövlət Universitetinin “Hüquqşunaslıq” fakültəsini bitirmişdir.

Karyera:

2003-cü il - “AtaBank” ASC-nin Xəzinədarlıq Departamentinin Baş mütəxəssisi qismində əmək fəaliyyətinə başlamışdır. Daha sonra bankın Bank kartları və elektron xidmətlər Departamentinin direktor müavini, Kartlar və elektron ödəniş sistemləri ilə iş şöbəsinin rəisi vəzifəsində çalışmışdır.

Ən sərfəli kredit üçün müraciət et

2009-cu il - “AtaBank” ASC-nin İdarə Heyətinin üzvü və sədr müavini vəzifəsinə təyin olunmuşdur.

2013-cü il -  Bankın İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin olunmuşdur.

2014- 2016 -  “Synergy Group” ASC-nin İdarə Heyətinin sədri və Müşahidə Şurasının sədri vəzifələrində çalışmışdır.  

Ata Bank və CDB Bankın konsolidasiyası ilə bağlı

“Bankların konsalidisiyası səhmdarların birgə qərarıdır, bu prosesinin sonunda bank sektorunda daha böyük, keyfiyyətcə yeni, müştəriyə fokuslanmış, innovativ və iddialı bir bank ərsəyə gələcək”

“Synergy Group”-da idarə heyətinin sədri olması ilə bağlı

"Bizim məqsədimiz ölkənin və regionun aparıcı investisiya qrupu olmaqdır. Bizim hədəflərimiz "Synergy Group"un qeyri-neft sektorunda, xüsusilə də, sənaye, inşaat və tikinti materiallarının istehsalı, İKT və kənd təsərrüfatı sahələrində mövqelərini daha da gücləndirməkdir"

Ən sərfəli krediti almaq üçün müraciət et