"Devalvasiyadan sonra manat 4% möhkəmlənib" - İbrahim Alışov | Banco.az

"Devalvasiyadan sonra manat 4% möhkəmlənib" - İbrahim Alışov

Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası yaratdığı “Daşınar əmlakın yüklülüyünün dövlət reyestri”nin təqdimatını keçirib.

Banco.az xəbər verir ki, tədbirdə çıxış edən Palatanın baş icraçı direktoru İbrahim Alışov devalvasiyadan sonra artıq manatın 4% möhkəmləndiyini, ÜDM-nin 0.1% artdığını, ölkədə dollarlaşmanın azalmağa dogru getdiyini, qeyri-neft sektorunda artım müşahidə olunduğunu bildirib.

"Daşınar əmlakın yüklülüyünün dövlət reystrinin yaradılması ölkədə bu kredit siyasətinə və iqtisadi inkişafına müsbət təsir göstərəcək. Bu qanun biznesin inkişafına, vətəndaşların maliyyə bazarına çıxışına imkan yaradacaq" deyə o, qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

2017-ci il iqtisadi islahatlar ili idi. 2018-ci il isə inkişaf ili olacaq ve perspektivləri böyükdür.

 

Ən sərfəli krediti almaq üçün müraciət et