Devalvasiyadan inflyasiyaya doğru | Banco.az

Devalvasiyadan inflyasiyaya doğru

Qiymət artımı inflyasiyanı şərtləndirəcək. Bu isə bank sektoruna çox böyük zərbə vuracaq. Nəticəyə gəlmək olar ki, çox böyük ixtisarlar olacaq

İqtisadçı ekspert Samir Əliyev Amerikanın Səsinə manatın yeni devalvasiyasının və neft qiymətlərinin sürətlə enməsinin Azərbaycanda hansı fəsadlara yol aça biləcəyindən danışıb. 

Milli valyutanın baha olması, hansıkı bu vaxta qədər Mərkəzi Bank tərəfindən bu siyasət yürüdülürdü, - sosial baxımdan bu, müsbət addım idi. Bir tərəfdən xaricdən gətirilən mallar bahalaşmırdı, ucuz başa gəlirdi. Eyni zamanda, insanların aldığı maaşlar (manat ucuzlaşmadığına görə) onların ən azı problemlərini həll edə bilirdi.

Devalvasiyanın baş verməsi o deməkdir ki, əvvəla xaricdən gətirilən malların kəskin bahalaşmasına gətirib çıxarır. Nəzərə alsaq ki, Azərbaycanda istehsal olunan məhsulların əksəriyyətinin xammalı xaricdən gətirilir, deməli daxildə istehsal olunan məhsullar da bahalaşacaq.

Qiymət artımı inflyasiyanı şərtləndirəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bu isə bank sektoruna çox böyük zərbə vuracaq. Nəticəyə gəlmək olar ki, çox böyük ixtisarlar olacaq, həm maliyyə sektorunda (buraya bank və sığorta bazarı daxildir), həm də dövlət investisiyaları sektprunda, - hansı ki, regionlarda böyük həcmdə iş yerləri açılmışdı. İnvestisiyaların ixtisarı hesabına həmin iş yerləri bağlanacaq. Eyni zamanda, dövlət qurumlarında çalışan insanların ixtisarları olacaq. Bir sözlə bu, çox böyük sosial gərginlik yarada bilər. Nəzərə alaq ki, bu gərginliyi daha da pisləşdirən amil Rusiya amilidir ki, bu ölkədə çoxlu insanlar çalışır. Rusiyada da vəziyyətin pisləşməsi bizim ölkəyə, xüsusən də Azərbaycanın regionlarına çox mənfi təsir göstərir.

Ekspert hesab edir ki, sahibkarlığa qarşı müdaxilə olmazsa bazar qısa müddətdə qiymətləri tənzimləyə bilər:

"Düşünürəm ki, iqtisadiyyatı liberallaşdırmaq lazımdır. İlk növbədə gömrük sistemi sadələşdirilməlidir ki, xaricdən gələn mallar devalvasiyanın qurbanı olmasın. Kiçik və orta sahibkarlıq inkişaf etdirilməlidir, rəqabət mühiti yaradılmalıdır. Sahibkarlar ucuz maliyyə resursu ilə, kreditlərlə təmin olunmalıdır. Bunlar baş verərsə, sahibkarlığa qarşı müdaxilə olmazsa bazar qısa müddətdə qiymətləri tənzimləyə bilər.

Ən sərfəli krediti almaq üçün müraciət et