21.02.15 tarixindən iki ötür. Hər bir azərbaycanlı üçün təəssüfləndirici olan bu günün xüsusiliyi manatın devalvasiyası ilə bağlı idi.
Nə baş vermişdi?
21 fevral 2015-ci ildə verilən devalvasiya qərarından sonra dolların rəsmi məzənnəsi 34,6% artaraq 0,7862 AZN/USD səviyyəsindən 1,0500 AZN/USD-yə yüksəlmişdi. Daha sonra həmin ilin dekabrın 21-də isə daha 48% artaraq 1,5500 AZN/USD-yə çatmışdı. Ümumilikdə bu iki il ərzində dolların məzənnəsi 120,7% artım göstərmişdir.
İkinci devalvasiyadan sonra (21.12.15) rəsmi məzənnə 25 may 2016-cı ildədə 1,49 AZN/USD səviyyəsinə enərək ən minimal həddə, 1 fevral 2017-ci ildə isə 1,92 AZN/USD səviyyəsinə yüksələrək ən maksimal həddə çatıb.
Siz aşağıdakı qrafikdə manatın son iki ildə hərəkətini görə bilərsiniz.