Devalvasiya — (lat. de — enmə, lat. valeo — dəyəri) pul vahidinin qızıl məzmununun rəsmi azalması, yaxud milli valyutanın qızıla, gümüşə, xarici valyutaya görə məzənnəsinin aşağı düşməsi deməkdir. Müasir şəraitdə termin stabil valyutalara nisbətən enən milli valyutada işlənilir.
Devalvasiya milli banklarda milli valyutanın idarə olunması aləti kimi baxılır, revalvasiyaya əks olaraq.
Revalvasiya — əmtəələrin qiymətinin dəyişməsidir. Bu termin əsasən valyutanın revalvasiyası kimi istifadə olunur və sabit kursda ölkə pulunun xarici valyutalara nisbətən dəyərinin yüksəlməsi deməkdir. Pulun alıcılıq qabiliyyətini dəyişmədən, nominal dəyərini dəyişmək revalvasiya deyil, redenominasiyadır (bu köhnə valyutanı dəyişmədən yeni, adətən yüksək, valyuatının çıxarılmasıdır. Yeni köhnəni əvəz edir).
Ümumi mənada, valyutanın revalvasiyası ölkənin rəsmi valyuta kursunun təməl xəttə nisbətən hesablanmış tənzimlənməsidir. Təməl xətt əmək haqqından qızılın dəyərinə, xarici valyutaya qədər hər şey ola bilər. Sabit kurs rejimində valyutanın rəsmi dəyərini yalnız dövlət orqanı (məsələn: mərkəzi bank) tərəfindən verilən qərar dəyişə bilər.
Məsələn, təsəvvür edin dövlət öz valyutasının 10 pul vahidini bir Azərbaycan manatına bərabər tənzimləyib. Dəyərini yüksəldərək, ölkə hər manata faizi 9.9 vahidə dəyişə bilər. Bu insanların həmin valyutanı Azərbaycan manatı ilə daha baha alması ilə nəticələnəcək.
Vergi revalvasiyası vergi səviyyəsini yavaşlatmaq və ya vergi gəlirlərindəki yüksəlişi dayandırmaq üçün edilən tənzimlənmədir. Bu xərcləməyə həvəsləndirən mühafizəkar ölçü hesab edilir. Əsasən, Daşınmaz əmlakın vergi revalvasiyasından istifadə edilir.
Revalvasiyanın əks prosesi Devalvasiyadır.
Denominasiya — köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə “sıfırların silinməsi” də deyilir.
Mal və xidmətlərin qiymətləri, tariflər, əməkhaqqı, pensiyalar, təqaüdlər, idarə və müəssisələrin balanslarında, bank hesablarında olan pul vəsaitlərinin qalığı da bu nisbətlə yenidən hesablanır.
İnflyasiya (səhv olaraq infilyasiya kimi də yazılır) (ing. Inflation, lat. inflatio - şişmə deməkdir) ölkə həyatının bütün sahələrilə sıx surətdə bağlıdır. Siyasi prosseslər, iqtisadi dəyişikliklər, beynəlxalq münasibətlər və. s inflyasiya səviyyəsinə operativ formada təsir göstərmək qabliyyətinə malikdir. Desək ki, inflyasiya yeni dövr tarixinin məhsuludur onda səhv edərik. Bir az araşdırsaq görərik ki, bu tarix boyu cəmiyyətin qabaqcıl problemi kimi mövcud olmuşdur. Bu proses metal pulun kağız pulla əvəz olunmasından sonra orytaya çıxmışdır. Kağız pulların çapından sonra pull əmtəə kütləsinə nəzərən dəyərdən düşməyə başlayırdı. Gələcəkdə inflyasiya adlandırılan bu proses-pulun alıcılıq qabiliyyətinin azalması müasir dövrün ən böyük problemlərindən biri kimi ortaya çıxmağa başladı.
Qiymətlərin hər cür artması inflyasiya demək deyildir. Qiymətlər məhsulun keyfiyyətinin yaxşılaşdırılmasından, istehsal xərclərinin artmasından, bayramqabağı qiymətlərin qalxımından ola bilər. İnflyasiya məcmu tələblə məcmu təklif arasında balansın pozulması nəticəsində ölkənin bütün bazarlarında qiymətlərin ümumi artımına səbəb olur.
Deflyasiya (lat. deflatio — şişirmə) — yerli valyutanın alıcılıq qabiliyyətinin artması. Deflyasia əks istiqamətdə inflyasiyadır. Bir sıra səbəblərə görə inflayasiyadan ağır faktor hesab edilir.
Bu tədbir daxili iqtisadi vəzifələrin həllinə yönəlib, lakin kənar effekt kimi tədiyə balansının vəziyyəti də yaxşılaşır. Hesab edilir ki, deflyasiya siyasəti üçün ənənəvi olan nəticələr – istehsalın, investisiyaların və gəlirlərin həcminin aşağı düşməsi – idxalın azalmasına və ixracın genişləndirilməsi üçün ehtiyat güclərin artımına gətirib çıxarır. Deflyasiya üçün xarakterik olan faiz dərəcəsinin artırılması ölkəyə qısamüddətli kapital axınına səbəb olur. Lakin, deflyasiyanın digər aspekti də vardır: o, ixracı azaldır və idxalı artırır, çünki deflyasiya zamanı milli valyutanın nübadilə məzənnəsi yüksəlir ki, bu da idxalatçıların imkanlarını genişləndirir. Ixracatçılar üçün isə milli valyutanın yüksək məzənnəsi ixracdan əldə edilən valyuta gəlirinin milli valyutaya dəyişdirilməsi zamanı daha az mənfəət əldə etmək deməkdir ki, bu da heç də ixracın stimulaşdırılmasına kömək etmir.
Fuad VAHABZADƏ.
Mənbə| Wikipedia