Devalvasiya nə vaxt baş verəcək? | Banco.az

Devalvasiya nə vaxt baş verəcək?

Bu gün manata təkcə neft yox, kapital axını da təsir göstərir. Ona görə də manatın devalvasiyasının baş verməsi zaman məsələsidir.

Bu barədə iqtisadçı ekspert Samir Əliyev Amerikanın Səsinə müsahibəsində fikirlərini bildirib. 

Devalvasiya ehtimalı heç vaxt tamamı ilə getməyib. Bu ehtimal hər zaman mövcud olub. Sadəcə olaraq neftin qiyməti 70 dollara yaxınlaşanda bu ehtimal azalmışdı, indi neft yenidən ucuzlaşır, 50 dollardan aşağı düşür. Elman Rüstəmov da (Mərkəzi Bankın İdarə Heyətinin sədri) açıqlamasında bildirmişdi ki, neftin qiyməti 40 dollar olana qədər mənfi profsit qeydə alınmayacaq. Mən düşünürəm ki, əslində neftin qiymətinin 50 dollardan aşaı olması manatı təzyiq altında saxlayır. Bu gün manata təkcə neft yox, kapital axını da təsir göstərir. Ona görə də manatın devalvasiyasının baş verməsi zaman məsələsidir. Bunun nə vaxt baş verməsinə artıq hökumət qərar verəcək.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et