“Deutsche Bank” türk lirəsinin dəyər qazanacağını gözləyir | Banco.az

“Deutsche Bank” türk lirəsinin dəyər qazanacağını gözləyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Deutsche Bank” TL üçün nikbin analiz yayımlayıb.

Banco.az xəbər verir ki, “Deutsche Bank” analitikləri bildiriblər ki, əgər mövcud siyasət çərçivəsində qalınarsa, gələn il türk lirəsinin yaxşı performans göstərməsi üçün ehtimallar var.

Alman investisiya bankının dekabrın 6-da açıqlanan hesabatında “Kumulyativ inflyasiya proqnoz diapazonunun aşağı həddinə (40-45 faiz) çatarsa, bu, TL-ni ümumi gəlir baxımından cəlbedici edəcək” analizinə yer verilib.

Bununla yanaşı, “Deutsche Bank” Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) ardıcıl iki dəfə ümumilikdə 250 bənd faiz artımı edərək yanvar ayında uçot dərəcəsini 45 faizə yüksəldəcəyini proqnozlaşdırıb.

Analitiklər TCMB-nin 2024-cü ilin son rübündə isə faiz dərəcələrini aşağı salacağını və 2024-cü ilin sonuna qədər uçot dərəcəsini 40 faizə endirəcəyini gözləyirlər. Onlar 2024-cü ilin sonuna inflyasiyanın 41,1 faiz olacağını, Dollar/TL məzənnəsinin isə 38 səviyyəsində ticarət olunacağını proqnozlaşdırıblar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram