Deutsche Bank qiymətli kağızlar bazarından çıxır | Banco.az

Deutsche Bank qiymətli kağızlar bazarından çıxır

Döyçe Bank (Deutsche Bank) tərəfindən Bazar günü verilən açıqlamada, Almaniya bankının səhmlər işindən çıxacağı və ilin ikinci rübündə 2.8 milyard avro (3.1 milyard dollar) xalis zərər edəcəyi qeyd olunub.

Ötən həftənin əvvəlində geniş miqyaslı yenidənqurma planı ilə 20 min adamı işdən çıxarılacağı bildirilmişdi. Bankının İcraçı direktoru Christina Sewing, Döyçenin investisiya bankçılığı departamentini kiçiltməyi və gəlirliliyi artırmağı hədəfləyir.

Bankın 7.4 milyard avroluq cəriməni 2022-ci ilə qədər ödəyəcəyi bildirilən açıqlamada, 2019 və 2020-də dividend ödəməsi edilməyəcəyi qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Sewingin açıqlamasında "Bu gün Döyçe Bankın on illərdən bu yana görülən ən əsas dəyişikliyini açıqladıq. Real potensialımızı ortaya çıxarmaq üçün lazım olanı etməyə çalışırıq", - ifadəsi yer alıb.

Döyçe Bank yüksək xərc və aşağı gəlir problemi ilə qarşı-qarşıyadır.

Sewing-in, bankın Commerzbank AG ilə birləşmə danışıqlarının nəticə verməməsinin ardından Bazar günü idarə heyəti tərəfindən təsdiq olunan yeni planına görə 2022-ci il üçün işçi sayı 74 min olaraq hədəflənir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et