Deputat: Valyutadəyişmə məntəqələrinin bərpası "qara bazarı" ləğv edəcək | Banco.az

Deputat: Valyutadəyişmə məntəqələrinin bərpası "qara bazarı" ləğv edəcək

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Valyuta tənzimi haqqında” qanuna müvafiq dəyişikliklər müzakirəyə çıxarılb.

Dəyişikliklərdə Azərbaycanda fiziki və hüquqi şəxslərə valyutadəyişmə məntəqələri açmağa icazə verilməsi təklif olunur.

Millət vəkilləri bu dəyişikliyi müsbət qiymətləndirib.

Deputat Elmira Axundova bildirib ki, valyutadəyişmə məntəqələri həm “qara bazarı” ləğv edəcək, həm də ölkəmizə valyuta axınını artıracaq:

Ən sərfəli kredit üçün müraciət et

“Valyutadəyişmə məntəqələrinin açılması xarici turistlər üçün əhəmiyyət daşıyır. Xarici qonaqlar bəzən Azərbaycanda valyutanı dəyişə bilmirdilər və xarici valyuta yenidən ölkədən çıxırdı. Amma valyutadəyişmə məntəqələrinin açılması xarici turistlərə imkan verəcək ki, dolları manata dəyişsinlər. Bu həm də ölkədə turizmin inkişafına töhfə verəcək”.

Sonda "Valyuta tənzimi haqqında" qanuna dəyişikliklər təsdiq edilib.

Mənbə: Trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et