Deputat: "Azərbaycana 15-20 bankın olması kifayətdir" | Banco.az

Deputat: "Azərbaycana 15-20 bankın olması kifayətdir"

"Bankların konsolidasiyası davam etməlidir və düşünürəm ki, Azərbaycanda 32 bankın olması artıqdır". Bunu jurnalistlərə açıqlamasında deputat Vahid Əhmədov deyib.

V.Əhmədovun sözlərinə görə, hazırda Azərbaycanda 15-20 bankın olması kifayətdir: “Bankların sağlamlaşdırılmasının əsas yolu onların birləşdirilməsindən keçir”.

Ən sərfəli kredit üçün müraciət et

Deputat gələn il kommunal xidmətlərə görə tariflərin qaldırımasının planlaşdırılmadığını deyib: “Hansısa kommunal xidmətlərin qiymətinin qaldırılmasını büdcədə müəyyən etməmişik. Amma bütün bunlar neftin qiymətindən və gedən iqtisadi prosdeslərdən asılı olacaq. Həmçinin, sosial müavinətlərin artırılması da bütün bu proseslərə bağlıdır”.

Mənbə: Report.az