Depozitlərin yarıdan çoxu xarici valyutadadır | Banco.az

Depozitlərin yarıdan çoxu xarici valyutadadır

2019-cu ilin May ayının sonunda banklarda manatla və xarici valyutada cəmi depozitlər 16 milyard 663,5 milyon manat təşkil edib.

Depozitlərin 56%-ni və ya 9 milyard 338,1 milyon manatını xarici valyutadakı depozitlər, 44%-ni və ya 7 milyard 325,4 milyon manatını Manat depozitləri təşkil edib.

2018-ci ilin sonunda Manatda depozitlər 7 milyard 23,8 milyon manat, xarici valyutada depozitlər 9 milyard 399,5 milyon manat təşkil etmişdi. Beləliklə, ilk 5 ayda Manat depozitləri 301,6 milyon manat artıb, xarici valyutadakı depozitlər isə 61,3 milyon manat azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Devalvasiyalardan sonra, 2015-ci ilin sonunda banklardakı 16 milyard 504,3 milyon manat cəmi depozitlərin 12 milyard 608,5 milyon manatı və ya 76,4%-i xarici valyutada, 3 milyard 895,8 milyon manatı və ya 23,6%-i Manatda idi.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et