Banco.az olaraq sizlər üçün 31 dekabr 2017-ci il tarixinə olan maliyyə göstəriciləri əsasında Depozit portfelinə görə bankların renkinqini hazırlamışdıq. Həmin siyahıdan da məlum olur ki, ilk beşlikdə - 5,156 mlrd. manat depozit portfeli ilə Beynəlxalq Bank birinci, 2,822 mlrd. manat depozit portfeli ilə Paşa Bank ikinci, 2,362 mlrd. manat depozit portfeli ilə Kapital Bank üçüncü, 1,171 mlrd. manat depozit portfeli ilə isə Xalq Bank dördüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, cəmi depozit portfeli 16,502 mlrd. manat olan bank sektorunda müştərilər tərəfindən banklarda yerləşdirilən depozitlərin əsas hissəsi yuxarıda qeyd olunan 4 bankın payına düşür. Belə ki, Beynəlxalq Bank, Paşa Bank, Kapital Bank və Xalq Bank-ın cəmi depozit portfeli hazırda fəaliyyət göstərən bütün bankların cəmi depozit portfelinin 70%-ə qədərini, yəni 69,75%-ni təşkil edir.