"Depozit portfelində də artım davam edir" - Anar Həsənov | Banco.az

"Depozit portfelində də artım davam edir" - Anar Həsənov

“AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib ki, bu templə biz hər rüb həm maliyyə göstəricilərimizi, həm də bazardakı mövqeyimizi yaxşılaşdırmağa nail olacağıq.

Böyük məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, bankımızın bütün əsas biznes göstəriciləri ciddi artım nümayiş etdirib. Bankımızın aktivləri 836,5 mln. manata çatıb. Kredit portfelimiz də bu il artım nümayiş etdirir və hazırda 520 mln. manat civarındadır. Mikrokreditləşmə sahəsində əldə etdiyimiz nailiyyətlər isə bizim üçün xüsusilə qürurvericidir. Bildiyiniz kimi, məhz bu sahə hər zaman AccessBank-ın güclü tərəflərindən biri olub. Qeyd edim ki, təkcə oktyabr ayında biz müştərilərimizə 45 mln. manat məbləğində kredit vermişik ki, bunun da 29 mln. manatı mikrokreditləşmənin payına düşür. Əlavə edim ki, bu seqmentdə bankımız 50%-dən çox bazar payı ilə bütün sektordan xeyli irəlidədir. Bu isə bir daha təsdiqləyir ki, fəaliyyətdə olduğu illər ərzində AccessBank öz müştərilərinin uzunmüddətli tərəfdaşına çevrilərək ölkədə mikro və orta biznesə dəstək üzrə missiyasına sadiqdir. Bir kredit mütəxəssisi üzrə məhsuldarlıq isə devalvasiyadan öncəki göstəriciyə yaxınlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Fiziki şəxslər üzrə depozit portfelində də artım davam edir və biz AccessBank-a etimad göstərən hər bir müştərimizə minnətdarıq.

 

AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənovun müsahibəsi: https://bit.ly/2zpKpCs

Ən sərfəli krediti almaq üçün müraciət et