Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 250 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 612,8 mln. manat təşkil edib.
Bu barədə AMB-yə istinadən xəbər verilir.
Depozit hərracında 250 mln. manat həcmində vəsait cəlb olunub və tələb təklifi 2,45 dəfə üstələyib. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 12,01% olub.
Mənbə: Report.az