Depozit hərracında tələb təklifi 5 dəfə üstələyib | Banco.az

Depozit hərracında tələb təklifi 5 dəfə üstələyib

21.10.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 538 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil edib.

Mərkəzi Bank 100 milyon manat cəlb edəcəyini açıqladığından bu məbləği də cəlb edib. 

Ən sərfəli kredit üçün müraciət et

Xəbər verdiyimiz kimi, 14.10.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 582.8 milyon manat,  07.10.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında isə tələb 583.6 milyon manat təşkil etmişdi.

Ən sərfəli krediti almaq üçün müraciət et